Home » AZÄRBAYCAN, Güney Azärbaycan, Ortaq Türk Tarixi, Yazılar » Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan türk ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxr qalasında (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və “qızılbaşlar”ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, 1495-ci ildə Şeyx Sultanəlinin üzərinə qoşun göndərib (Şəməsi döyüşü) onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli Ismayılı özünün varisi təyin edərək Ərdəbilə göndərdi. “Qızılbaşlar” Ismayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.

Siyasi fəaliyyəti

Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. Ismayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir. 13 yaşında Ismayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında Ismayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, ×uxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum edir və müqavimətsiz Şamaxı daxil olur. Daha sonra Gülüstan qalası yaxınlığında Cabanı adlı yerdə döyüşdə (cabanı döyüşü) Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. Bundan sonra şah Ismayıl ona böyük sərkərdə kimi şöhrət gətirən bir çox parlaq qələbələr qazanır, lakin Cabanı yaxınlığındakı qələbəsi gənc sərkərdənin tərcümeyi-halında onun həm siyasi, həm də dini baxımdan özünü təsdiq etməsi üçün ən vacib və ən əhəmiyyətli döyüşü kimi yazılmışdır. Həmin dövrün Azərbaycan miniatürlərində məhz bu döyüşün tez-tez təsvir olunması da təsadüfi deyildir. Ismayıl kiçik bir dəstəsini Gülüstan qalasının mühasirəsi üçün saxlayaraq, Bakıya yollanır və buranı aldıqdan sonra yenə geri, həmin dəstənin yanına qayıdır. Burada xəbər tutur ki, Ağqoyunlu hökmdarı Əlvənd Mirzə Ağqoyunlu onun üzərinə hücuma hazırlaşır. Ismayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: “Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa “Gülüstan” qalasını?” Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar. Şirvanşahların xəzinəsi də daxil olmaqla böyük bir qənimət qazanmış Ismayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Əlvənd Mirzənin 30 minlik ordusu ilə döyüşə girən (Şərur döyüşü) Ismayıl 7 minlik qoşunu ilə onu darmadağın edir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir. Ismayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, Ismayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. I Şah Ismayılın tabe olmaq təklifini rədd edən

Şah İsmayıl Xətai

Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də (Həmədan döyüşü)qızılbaşların qələbəsi ilə nəticələndi. Ağqoyunlu dövləti süqut etdi. ×ox qısa müddətdə şah Ismayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir. Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi məktubda yazmışdı: “Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm.” Şah Ismayıl bunun cavabında ləngimədən öz qoşunlarını Xorasana yeridir. Düşmən Mərv qalasında gizlənir. Lakin Ismayıl aldadıcı manevr edərək, Şeybani xanı qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasında döyüş (Mərv döyüşü) başlanır. Bütün gün ərzində davam edən ağır döyüş şah İsmayılın tam qələbəsi ilə başa çatır. Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri onu qətlə yetirirlər. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə (Çaldıran döyüşü) qızılbaşlar məğlubiyyətə uğradılar. Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan Əli bəy Məlküq oğlunu məğlub edir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün qızqın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Osmanlılar ona tərəf cumanda zahirən şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: “Şah mənəm”, deyə qışqırmaqla onların diqqətini yayındırır. Həmin vaxt ərzində İsmayıl atına qalxaraq döyüşə davam edir. Üç gün davam eləyən gərgin döyüş osmanlıların qələbəsi ilə nəticələnir. Yaralı Şah İsmayılı təqib edən I Sultan Səlim yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, altıca gündən sonra şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, şəhəri tərk edir. Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir. Sultan I Səlimin əlinə keçmiş əsirlər arasında şah İsmayılın döyüş paltarı geymiş arvadları Bəhruzə xanım və Taclı xanım da vardı. Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı. Azərbaycan qadınlarının vətənpərvərlik və igidliyindən heyran olmuş Sultan Səlim onların döyüşçüyə xas ehtiramla basdırılması üçün əmr vermişdi. 1515-ci ildə Osmanlı imperiyası ilə sülh bağlanır. Şərtə görə, Şərqi Anadolu həmişəlik Osmanlıya verilir. Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur. Lakin bu toydan sonra Xətai çox yaşamır. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi. Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi kompleksində dəfn edirlər. Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi”

Şah İsmayıl şəxsiyyəti

Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah Ismayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Venesiyadan olan bir tacir yol qeydlərində özünün şah Ismayılla Təbrizdəki görüşlərini belə xatırlayır: “Indi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, Ismayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, Ismayıl onları döyüşdən salamat çıxaracaq.”

Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah Ismayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı. Şeirlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı. Şah Ismayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah Ismayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah Ismayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu. Şah Ismayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi. Şah Ismayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah Ismayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış. O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar. Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah Ismayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı. Şah Ismayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür. Həyatının ilk anlarından daima təhlükədə olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi. Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına ala bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu əhalisi, xüsusilə Ərzican, Sivas (Ustaclı eli), Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan I Səlimə verilən bir diləkçədə “Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü.” deyiləcəkdi. Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. Işiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı. Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil.” deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır. Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. ×ox gözəl bir döyüşçü idi. 1500-ci ildə Tərcan-Sarıqayasında bir mağarada yaşayan və insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir. Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah Ismayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah Ismayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah Ismayıla ismarıc göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və Ismayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah Ismayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.

Ədəbi yaradıcılıq

Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir. Şah Ismayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik æanrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və Imadəddin Nəsimi kimi “ənəlhəq” (“mənəm allah”) şüarına, ideyasına tərəfdar çıxıb özünü “vəhdət gülzarının bülbülü” adlandırır:

Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.

Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü “mütləq həqiqət” (“həqqi-mütləq”) deyə vəsf edir:

Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:

Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, olma gümrah&
Ta səni gördü Xətai valehi şeydayidir,
hansı gözdür həq üzün görcək ki, bidar olmadı?

Şairin sufi olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır. Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Azərbaycan ədəbiyyatının dühası Nizami Gəncəvi ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar. Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır. Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin “Sirlər xəzinəsi” əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi – insan adını uca tutmağa çağırır:

Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.

Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir. Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. Insansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:

Neylərəm ol cənnəti, içində dildar olmasa?!
Qoy onu viranə qalsın bağçada bar olmasa.

Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir. Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.

Üzün gördüm sənin, ey yari-məhru,
Könüllər afəti, ya üzmüdür bu?
Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaşı be hər su.
Həbəşdir kim, müsafir Rumə düşmüş
Üzün səfhindəki ol xali-hindu.
Gözündən ahu tək dağlara düşdüm,
Nə sehr etdi mənə ol iki cadu?
Xətai dər üzün xurşidə nisbət,
Sözü rövşən dedim üzünə qarşu.

Insan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır. Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. ×ünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əksiklik görməmişdir ki, şikayətlənsin. Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:

Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör cahan nə rövşən oldu.
Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gül pirahən oldu.
Açıldı yazlar, bitdi çiçiklər,
Gül ilə şol bənövşə susən oldu.
Irişdi vədəsi badi-baharın,
Behər su gül hezaran-xərmən oldu.

Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. “Qızıl gül, bağü bustanım, nə dersən?” misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:

Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?
Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?
Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?
Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

Real insanın, real insani hisslərin, arzuların, düşüncələrin romantik şəkildə tərənnümü, həm də Xətaiyə məxsus bir tərzdə tərənnümü XVI əsrin birinci rübü üçün qiymətli yeni bir hadisə idi. Nəsiminin, Kişvərinin, Həbibinin, Hamidinin poeziyasından qidalanan bu şerlərdə yeni, oriæinal, ancaq Xətaiyə məxsus cəhətlər də çoxdur. Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun “Nəsihətnamə” məsnəvisi və “Dəhnamə” poeması epik şerin qiymətli nümunələridir. “Nəsihətnamə” adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. “Nəsihətnamə” sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir. “Dəhnamə” Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa “Dəhnamə”lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır. Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir. Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər. Azərbaycan ədəbiyyatşünaslığında bahariyyə adlı æanra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku-ku.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü.

Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, “Eşq odu yenə bu canə düşdü” deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır. Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir. Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztirablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir. “Dəhnamə” mövzusunda Xətaidən əvvəl başqa Azərbaycan şairləri – Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu ənənəvi süæeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin “Dəhnamə”si ana dilində yaranan ilk epik əsərlərdəndir. Epik əsərdə lirik æanrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə “Dəhnamə” kimi oriæinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir. Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə, müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma æanrların daha əlverişli olduğunu duymuş, onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir. Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olma.

Qaynaq: ElPress.az

Oxunma sayı: 2733
Paylaş/Saxla

Yorum yazabilirsiniz

© 2008-2012. Tüm hakları saklıdır. www.YALQUZAQ.com · RSS · Yalquzaq.com için yeniden düzenleme: Azer Hasret · Destek: WordPress
%d bloggers like this: