Home » AZÄRBAYCAN, Baş Yazı, Köşe Yazıları, Yazılar » 30 İyun, yoxsa 14 fevral?

30 İyun, yoxsa 14 fevral?

Şəfəq Azəri

Sevimli oxucular, sizə mühüm bir məsələdən söhbət açmaq istəyirəm. Dünyanın bir çox ölkəsində 14 fevral sevgililər günü kimi qeyd edilir. Təəssüflər ki, Türk Dünyasında da bu günü təntənə ilə, heç mahiyyətinə varmadan qeyd edirlər. Amma belə bir günü əvəz edən 30 iyun tarixli, Azərbaycanda keçirilən bayramdan Türk dünyasının xəbəri yoxdur.

Onun üçün də Türk Dünyasını xəbərdar etməyi özümə borc bilirəm. Belə ki, araşdırma aparmadan deyə bilərəm ki, Türk dünyasına girməkdə olan bu yabançı „sevgililər günü“, bizlərə, bizim kültürmüzə heç uyğun gəlmir. Biz Türklər ailəyə, ailə ortamına bağlı olduğumuz üçün hər zaman pak sevgini hər şeydən üstün tutmuşuq.

Valentin haqqında (Yəni 14 fevral sevgililər gününün əxlaqsız səbəbkarı) yazmaq fikrim yoxdur. Yəqin ki, bu haqda insanlarımız yetərincə məlumat almışdır. Əgər yetərincə məlumata sahib olmayanlar varsa, buyurub oxusunlar: www.yalquzaq.com/?p=11557. Mən bütün bu oxuduqlarıma istinad edərək tək bir kəlmə ilə onu deyə bilərəm ki, kor-koranə qeyd etdiyimiz bu bayramın bizlərlə heç əlaqəsi yoxdur.

Dünən Şəhər mərkəzində Türk Super Marketində bir hadisəylə qarşılaşdiq. Kassaçı xanım mənim həyat yoldaşıma müraciət edərək hədiyyələr satılan yeri göstərib dedi:

- Əfəndim, buyurub xanımınıza sevgililər günü (Valentin günü) üçün hədiyyə seçməyəcəksinizmi?

Yoldaşım isə ona sordu ki, “Valentin kimdir, bilirsinizmi?”

Xanım, “yox, bilmirəm, amma sevgililər günü olduğu üçün sizə xatırlatdım”, – dedi.

Biz ona mehribancasına anlatdıq ki, bu belə deyil. Xoşbəxtlikdən bu qadın anladı və heyrət etdi. Bilmədiyini təkrarlayaraq yanındakılara da dedi. “Nə yaxşı ki, mənə bunu dediniz – heç bu haqda bilgimiz yox idi”, – söyləyərək bizə minnətdarlığını bildirdi.

Belə hallar biz TÜRK millətini həmişə geridə qoyur. Nə üçün digər ölkələrin bizə aid olmayan bayramlarını kor-koranə (mənasını bilmədən) qeyd etməliyik? Bizim 14 fevral Həzrəti Məhəmmədin MEVLİD KANDİLİ kimi gözəl bayram günümüz var ikən nə üçün yabançı, biabırçı şəkildə yaşayıb ölmüş Valentini xatırlayırıq? Əgər həqiqətən də „Sevgililər Günü“ keçirmək istəyirsinizsə, buyurub Azərbaycanda ruslar tərəfindən öldürülmüş (1990-cı il, 20 Yanvarda) İlham və Fərizənin toy gününü Sevgililər Günü kimi qeyd edin. Bu bayramı sevgı ilə qarşılayın. O İlham və Fərizə ki, onlar biri-birilərini dəlilər kimi sevmiş. Yeddi ay öncə evlənmiş gənc xanım həyat yoldaşının ölümünə dayana bilməmiş və intihar etmişdir. Həm də bətnində 6 ayliq körpəsiylə bərabər həyata əlvida demişdir. Allah Rəhmət Eləsin!!!

Onların ruhu göylərdə üçür, gəlin onların ruhunu sevindirmək üçün hər il 30 iyunu Sevgililər Günü kimi qeyd edək. Sevgini onlar kimi yaşamağı öyrənək. Hər il bu tarixdə sevgi andı içək.

Şəfəq Azəri, Almaniya. 13 Fevral 2011

Oxunma sayı: 2171

11 yorum var

  1. Mircavid diyor ki:

    Gozel yazidir..amma…

  2. Şəfəq Azəri diyor ki:

    Bəxtiyar bəy, təşəkkür edirəm dəyər verdiyiniz üçün. Allah razı olsun!

  3. bextiyar diyor ki:

    sag olun xanim -qeleminize quvvet

  4. Şəfəq Azəri diyor ki:

    Habil muellim,
    Allah razi olsun! Insaallah ki, Azerbaycanda da zaman gelecek ve biz oz Milli Bayramlarimizi qeyd edeceyik. Basqalarinin Bayramlarini ise teqlid edenler utanacaqlar ve sonunda hamimiz basa duseceyik ki, bele lazimiymis.

    Saygilarimla: Sefeq

  5. Habil Yashar diyor ki:

    Allah razi olsun cox deyerli yazidir…

  6. Şəfəq Azəri diyor ki:

    Zaur qardaşım,
    sənə çox sağ ol deyirəm. Sənin kimi gənc Yazarlar var olsunlar ki, Milli Ruh üstündə dayanan (köklənən) yazılarla Dünyamızı bəzəyirsiniz…

  7. Şəfəq Azəri diyor ki:

    İlham bəy, təşəkkür edirəm. Mən fəxr edirəm ki, sizin kimi insanlar var. Ayrıca yorumunuz üçün minnətdaram.

  8. [...] http://www.yalquzaq.com/?p=18013 Bölüm: Haberler | Anaht kelimeler: 30 İyun, yoxsa 14 fevral? [...]

  9. [...] nümayiş olunduKıştаktаrdı kırğızçа аtооnu sunuştаgаn cеtеkçi iştеn аlındı30 İyun, yoxsa 14 fevral?KKTC’de Tedbirler Alınamazsa«Paxtakor» – eng kuchli klublar qatoridaÝakynlaşmagyň ugry [...]

  10. Çox sağ olun, Şəfəq xanım! Sizi də ailənizidə salamlayıram. Eyni zamanda, təbrik edirəm ki, əsl (azərbaycanlı) türk ailəsisiniz. Belə ailələrimiz çox olsun!

  11. Zaur Məlikzadə diyor ki:

    Dəyərli bacım, Şəfəq xanım! Fikirlərinizə qatılır və sizi dəstəkləyirəm. Ümumiyyətlə, hər bir sahədə öz tariximizi yazmaq vaxtıdır.Sizə uğurlar!..

© 2008-2012. Tüm hakları saklıdır. www.YALQUZAQ.com · RSS · Yalquzaq.com için yeniden düzenleme: Azer Hasret · Destek: WordPress