Baş Bet » Borçalı, Haberler » Gürcüstan Azərbaycanlılarına ana dilində gürcü Konstitusiyası

Gürcüstan Azərbaycanlılarına ana dilində gürcü Konstitusiyası

Gürcüstan prezidenti administrasiyasının təşəbbüsü ilə Gürcüstanın Konstitusiyası Bakıda Azərbaycan dilinə tərcümə edilib. Azərbaycan Milli Məclisinin üzvləri bu gün Marneulidə yaşayan həmvətənlərini onunla tanış ediblər. Gürcüstan prezidentinin vətəndaş inteqrasiyası məsələləri üzrə müşaviri Tamara Kintsuraşvilinin bəyanatına görə, milli azlıqların sıx məskunlaşdığı regionlarda dövlət dili ilə bağlı problem mövcuddur. Azərbaycan dilinə tərcümə edilmiş Konstitusiya isə bütün Gürcüstan vətəndaşlarının məlumatlandırılmasına yardım edəcək. “Gürcüstanda nə qədər çox vətəndaş Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarını bilsə, ölkə həyatına  bir o qədər çox qoşulacaqlar”, – deyə Kintsuraşvili əlavə edib. Aksiya insan hüquqlarının müdafiəsi çərçivəsində keçib.

Mənbə: Trend

Oxunma sayı: 51

"Gürcüstan Azərbaycanlılarına ana dilində gürcü Konstitusiyası" yazısı için 1 yorum var:

  1. AQIL ISMAILOV diyor ki:

    GÜRCÜSTAN KONSTİTUSİYASİ

Yorum yazabilirsiniz