Home » AZÄRBAYCAN, Edebiyat » Şuşa

Şuşa

1992-ci il mayın 8-dä Şuşanı düşmänlär işğal etdilär. Alınmaz qalamız olan Şuşa şähäri xäyanätin qurbanı oldu…

Dağların başını dumanmı aldı?
Qäzamı, qädärmi, amanmı aldı?
Oğlun bir can verib, yüz canmı aldı?
Oldun niyä talan-talan, ay Şuşa?
Düşmänin älindä qalan, ay Şuşa?

Yüz yolun, keçidin, bändin var idi,
Yarğanın, uçrumun, händin var idi,
İgidlärdän qalma fändin var idi,
Oldun niyä talan-talan, ay Şuşa?
Düşmänin älindä qalan, ay Şuşa?

Xan qızı Natävan nä deyir indi?
Vaqif, Cabbar, Bülbül qäm yeyir indi…
“Cängi” bästälämäz Üzeyir indi!
Oldun niyä talan-talan, ay Şuşa?
Düşmänin älindä qalan, ay Şuşa?

Oğlu qurban gedir, dirilir Vätän,
Qälbimdän keçäni bir duya bilsän?
Sänin yoxluğuna dözä bilmiräm,
Oldun niyä talan-talan, ay Şuşa?
Düşmänin älindä qalan, ay Şuşa?

Pänah xan ömrünün yadigarıydın,
Bir qädim ölkänin qädim varıydın,
Sän bizä bu därdi, de, necä qıydın?
Oldun niyä talan-talan, ay Şuşa?
Düşmänin älindä qalan, ay Şuşa?

Zärängiz Dämirçi, män çox ağladım!
Alovdan don geydim, coşdum, çağlaım!
Heyif, “mäğlub şähär” çağrılır adın…
Oldun niyä talan-talan, ay Şuşa?
Düşmänin älindä qalan, ay Şuşa?

Zärängiz Dämirçi Qayalı, Sämäd Vurğun mükafatı laureatı

Şuşa

Oxunma sayı: 328

Bir yorum var

  1. Zerengiz diyor ki:

    Salam, əziz Azər bəy! Bu foto üçün mənim təşəkkürlərimi Selahettin  Sevi adlı qardashıma yetirin. Ürək dağlayan bir səhnə də olsa, bu doğma bir ocağın son görümntülərindəndir. Arzum budur ki mənim Selahettin qardaşım Şuşanı bizim əlimizdə olanda görsün, inşəallah! Özü də belə ucuq-sökük, küskün. düşmən mərmisindən dağıdılıb, viran qoyulmuş şəkildə yox! Gözəl, abad, viravan və dörd tərəfində qaynaşan şəhər sakinlərinin əhatəsində görsün. inşəallah! Çox güman edirəm ki, o gün yaxındadır, Amin!  

© 2008-2012. Tüm hakları saklıdır. www.YALQUZAQ.com · RSS · Yalquzaq.com için yeniden düzenleme: Azer Hasret · Destek: WordPress