İdeal Barış Təbliği Fondunun Türkiyə üzrə rəhbəri Qasım Gültəkin öz vəsaiti hesabına Xocalı soyqırımına həsr olunmuş bədii film çəkəcəkdir.
Artıq filmin ssenarisi hazırdır və gələn ilin əvvəlindən ekran əsərinin çəkilişlərinə başlanılacaq. Həm filmin ssenari müəllifi, həm də quruluşçu rejissoru Qasım Gültəkin bu film üçün Azərbaycan dövlətindən mənəvi dəstək istədiklərini vurğulayıb. Onun sözlərinə görə, filmin çəkilişinin maddi tərəfini özləri təşkil edəcək.
Qasım Gültəkin bildirib ki, filmin çəkilişləri Türkiyə və Azərbaycanda aparılacaq.
Filmdə baş rollara 8 aktyor çəkiləcək. Bu Azərbaycan bayrağındakı ulduzun səkkizguşəli olması ilə əlaqədardır.
Qaynaq: DGTYB.org/kultaz.com
Oxunma sayı: 97






