Home » AZÄRBAYCAN, Güney Azärbaycan, Haberler » 20 yanvar faciəsilə bağlı Azərbaycan Milli Azadlıq Təşkilatının müraciəti

20 yanvar faciəsilə bağlı Azərbaycan Milli Azadlıq Təşkilatının müraciəti

AMATƏziz soydaşlar! Bu gün-20 Yanvar Azərbaycan xalqının azadlıq və qurtuluş mücadiləsi tarixində faciəli, ancaq bir o qədər də şərəfli bir gündür. Yüzlərlə qəhrəman Azərbaycan övladının qanı ilə süslənmiş şanlı tariximizin şərəfli bir səhifəsi olan 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönməz olduğunu bütün dünyaya göstərmiş, Azərbaycanımızın quzeyində milli azadlıq hərəkatının daha mətin addımlarla milli müstəqillik hədəfinə doğru irəliləməsində ciddi bir dönüş nöqtəsi olmuşdur.

19-cu ildönümünü qeyd etdiyimiz 20 Yanvar 1990-cı ildə Azərbaycan xalqı əli yalın, ancaq sarsılmaz bir iradə ilə başdan-ayağa silahlanmış qəddar rus hərb maşınına qarşı duraraq imperianın Azərbaycan milli azadlıq hərəkatını susdurmağa yönəlik cəhdlərini tamamilə boşa çıxarmışdır.

20 Yanvar 1990-cı ildə yüzlərlə soydaşımızın uğrunda canlarını fəda etdiyi idealların bir qismi bu gün Azərbaycanımızın quzeyində gerçəkləşmişsə də, Azərbaycanımızın güneyində həmin ideallar uğrunda mübarizə ciddi bir şəkildə davam etməkdə, vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etməyə hazır olan yüz minlərlə fədakar Azərbaycan övladı sarsılmaz bir əzm və iradə ilə bu şərəfli yolda yürüməkdədir.

Ümid edirik ki, milli azadlıq və milli müstəqilliyimizə doğru bu böyük yürüyüşün qarşısını zorakılıq, qəddarlıq və silahla almaq istəyən hakim fars şovinistləri 20 Yanvar 1990-cı ildə göstərdiyi böyük qəhrəmanlıq örnəyindən, güclü hərb maşınına baxmayaraq rus imperiasının uğradığı böyük həzimətdən lazımi ibrəti alacaqlar.

Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) olaraq, 20 Yanvar şəhidlərinin dəyərli xatirələrini əzizləyir, onların yüksək amal və ideallarının davamçısı olacağımızı, şəhidlərimizin müqəddəs qanlarının yerdə qalmayacağına inancımızın tam olduğunu bəyan edirik.

19 Yanvar, 2009-cu il

Oxunma sayı: 578
Paylaş/Saxla
Açar sözler:

Yorum yazabilirsiniz

© 2008-2012. Tüm hakları saklıdır. www.YALQUZAQ.com · RSS · Yalquzaq.com için yeniden düzenleme: Azer Hasret · Destek: WordPress
%d bloggers like this: