Home » Haberler » Ahıska türkləri dəstək kampaniyasından razıdırlar

Ahıska türkləri dəstək kampaniyasından razıdırlar

Azərbaycan BayrağıAzərbaycanda başlanan Ahıska türklərinə dəstək kampaniyası çərçivəsində “Vətən” Cəmiyyətinin hesab nömrəsinə müəyyən miqdarda vəsait köçürülüb. Bu barədə “OLAYLAR” İA-ya məlumat verən Ahıska Türkləri “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov hələlik cəmiyyətin hesabına köçürülən vəsaitin həcminin hesablanmadığını söyləyib.

“Mütəmadi olaraq cəmiyyətin bank hesabına dəstək məqsədilə müəyyən məbləğdə vəsait köçürülür. Yəqin ki, yaxın vaxtlarda ictimaiyyətə bununla bağlı məlumat verəcəyik”, – deyə o, bildirib. İbrahim Burhanov Ahıska türklərinin Azərbaycanda başlanmış dəstək kampaniyasından razı qaldıqlarını söyləyib: “Arzu edərdik ki, digər ölkələrdə məskunlaşmış Ahıska türkləri də Azərbaycanda olduğu qədər dəstək görsünlər”.

Qaynaq: Olaylar

Oxunma sayı: 807
Paylaş/Saxla
Açar sözler:

Yorum yazabilirsiniz

© 2008-2012. Tüm hakları saklıdır. www.YALQUZAQ.com · RSS · Yalquzaq.com için yeniden düzenleme: Azer Hasret · Destek: WordPress
%d bloggers like this: